Onlayn
Yaşam kalkulyatoru
Qaynar xətt
1183

Biznes analitik

Vəzifə: Biznes analitik  

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan:   Bakı şəhəri, Heydər Əliyev pr,164

 

Öhdəliklər:

•    Şirkət daxilində icra olunan proses və prosedurların qurulmasında iştirak edilməsi;
•    Texniki tapşırıqların IT və digər əməkdaşlarla müzakirə edilməsi;
•    Tələblərin izlənilməsi;
•    Digər şöbələrin əməkdaşları üçün ilkin testlərin aparılması;
•    Biznes tələblərinə görə hesabatların hazırlanması;
•    Yeni funksionallığın test olunması;
•    Funksional spesifikasiyanın yazılması və yaradılması;
•    Biznes proseslərin idarəolunması və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələblərin formalaşdırılmasını təmin edilməsi;
•    Layihələrin idarə edilməsinə dəstək;
•    Proqnozlaşdırma prossesində iştirak edilməsi, büdcə və layihə üzrə hesabatların hazırlanması;

 

Tələblər:

•    İnformasiya Texnologiyaları, İqtisadiyyat , Maliyyə , Menecment üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
•    Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
•    İT analitik, Biznes analitik və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
•    BI alətlər (Power BI, QlikView və s.), SQL, PL/SQL üzrə biliklərin olması;
•    Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək;
•    Biznes və texnologiyanın tələblərini anlaya bilmək;
•    Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
•    Layihələrin idarəedilməsi üzrə təcrübəyə malik olmaq;
•    PMP sertifikatının olması arzuolunandır;
•    Azərbaycan dilində səlis, rus və ingilis dillərindən hər hansı birini bilmək arzuolunandır.

 

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Biznes analitik” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

Əlaqə vasitəsi:

E - mail: hr@xalqhayat.az