c
Onlayn
Yaşam kalkulyatoru
Qaynar xətt
1183

İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta



 “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanun, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarına aiddir və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.
Aşağıdakı işçilərin təsvirinə uyğun gələn Sığortalının hər hansı işçisinin işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı (istehsalatda bədbəxt hadisə); 
Əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri nəticəsində sığorta olunanın xroniki və ya kəskin xəstəliyi (peşə xəstəliyi). 
 - Əmək müqaviləsi əsasında işləyən işçilər;
 - Mülki hüquqi müqavilə əsasında işləri həyata keçirən fiziki şəxslər;
 - İstehsalat təcrübəsi keçən tələbələr;
Yuxarıda sadalanan şəxslər aşağıda göstərilən müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən:
 - Rəsmi fasilələr də daxil olmaqla İşəgötürənin ərazisində iş günü ərzində işləri həyata keçirərkən;
 - İşəgötürən üçün həyata keçirdiyi işgüzar səfərlər zamanı;
 - İş vaxtı ərzində baş verməsi və işçinin əmək vəzifələrini yerinə yetirməsi ilə bağlı olması şərtilə işçinin ictimai nəqliyyatda və ya piyada hərəkət etməsi zamanı;
 - İşçinin həmin nəqliyyat vasitəsini işgüzar məqsədlər üçün işəgötürənin rəsmi razılığı əsasında istifadə etmiş olması şərtilə, işçinin şəxsi minik nəqliyyat vasitəsində hərəkət etməsi zamanı.