c
Onlayn
Yaşam kalkulyatoru
Qaynar xətt
1183

Fərdi həyat sığortası



Həyatın müddətli sığortası  hər bir insanın qarşılaşa biləcəyi və hər bir insanı narahat edən istənilən səbəbdən həyatın itirilməsi halı üçün nəzərdə tutulan sığorta növüdür. Bu sığorta növü, istənilən səbəbdən vəfat halında sizdən maddi olaraq asılı olan ailə üzvlərinizin və ya yaxınlarınızın maddi çətinliklərdən azad olmasını təmin edir. Hadisə baş verdiyi halda müqavilədə qeyd edilən şəxs tam sığorta məbləğini birdəfəlik alır. Bu məhsul üzrə sığortalananlar övladlarının təhsili, ailələlərinin həyat şəraitinin yaxşılaşdırılması üzərində qurulan xəyalları yarıda qoymaqdan azad edir.

Məhsulun təminatları aşağıdakılardır:
- İstənilən səbəbdən ölüm
- Bədbəxt hadisə və ya xəstəlik nəticəsində insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşmasının (81-100 faiz) təyin edilməsi; 
- Bədbəxt hadisə və ya xəstəlik nəticəsində, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşmasının (61-80 faiz) təyin edilməsi;        
- Bədbəxt hadisə və ya xəstəlik nəticəsində, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşmasının (31-60 faiz) təyin edilməsi;
- Sağalmaz xəstəliklərdən vəfat halında.