Bu sığorta növü işəgötürənin bir neçə işçini eyni zamanda bir sığorta müqaviləsində sığortalaması üçün hazırlanmışdır. Belə ki, müqavilədə qeyd edilən işçilərdən hər hansı biri istənilən səbəbdən həyatını və ya əmək qabiliyyətini itirdikdə, sağalmaz xəstəliklərə tutulduqda müqavilədə göstərilən sığorta məbləği sığortalının ailəsinə yaxud varisinə ödənilir.
Məhsulun təminatları aşağıdakılardır:
- İstənilən səbəbdən ölüm halında;
- Bədbəxt hadisə və ya xəstəlik nəticəsində insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşmasının (81-100 faiz) təyin edilməsi;
- Bədbəxt hadisə və ya xəstəlik nəticəsində, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşmasının (61-80 faiz) təyin edilməsi;
- Bədbəxt hadisə və ya xəstəlik nəticəsində, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşmasının (31-60 faiz) təyin edilməsi;
- Sağalmaz xəstəliklər halında.