Onlayn
Yaşam kalkulyatoru
Qaynar xətt
1183

Kredit götürən şəxslərin həyat sığortası



Bu sığorta növü  kredit borcu olan şəxslər üçün nəzərdə tutulmuşdur. İstənilən növ üzrə kredit götürən şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya əmək qabiliyyəitni itirdikdə (əllillik) banka olan kredit borcu sığorta şirkəti tərəfindən tam və birdəfəlik olaraq ödənilir. Bu sığorta növü ailənizi və yaxınlarınızı sizin banka olan  kredit borcunuza görə məsuliyyət daşımaqdan  azad edir.

 

Məhsulun təminatları aşağıdakılardır:
- İstənilən səbəbdən ölüm
- Bədbəxt hadisə və ya xəstəlik nəticəsində insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşmasının (81-100 faiz) təyin edilməsi; 
- Bədbəxt hadisə və ya xəstəlik nəticəsində, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşmasının (61-80 faiz) təyin edilməsi;        
- Bədbəxt hadisə və ya xəstəlik nəticəsində, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşmasının (31-60 faiz) təyin edilməsi.