c
Onlayn
Yaşam kalkulyatoru
Qaynar xətt
1183

Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

Vəzifə: Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan:     Bakı şəhəri, Heydər Əliyev pr,164

 

Öhdəliklər

•    Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
•    Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
•    Sığorta qaydaları haqqında müştərin dəqiq məlumat almasında ona köməklik göstərmək;
•    Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
•    Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
•    Müştərilər tərəfindən daxil olan təklif və şikayətləri sərbəst həll etmək;
•    Müştəri ilə şirkət arasında mütəmadi kommunikasiyanı qüvvədə saxlamaq;
•    Korporativ müştərilərə könüllü məhsulların satışını təşkil etmək;
•    İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək 

 

Tələblər

•  Ali  təhsil;
•  MS Office  proqramlarında işləmək bacarığı;
•  Sığorta sahəsində minimum 2 il iş təcrübəsi (satış üzrə);
•  Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır);
•  Sürücülük vəsiqəsinin olması mütləqdir.

 

Fərdi keyfiyyət tələbləri:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

Əlaqə vasitəsi:

E - mail: hr@xalqhayat.az